- Flash
- 3 Dekabr 2020 17:15
- 5 998
Ceyhun Bayramov Rusiya və Türkiyəyə təşəkkür edib
O, ATƏT-in Nazirlər Şurasının 27-ci iclasında çıxış edib
"Üçtərəfli bəyanata əsasən, Ermənistan və Azərbaycan arasında razılaşmaların həyata keçirilməsinə nəzarət etmək üçün Rusiya Federasiyası və Türkiyənin Birgə Monitorinq Mərkəzi yaradılacaqdır".
AzNews.az xəbər verir ki, bunu ATƏT-in Nazirlər Şurasının 27-ci iclasında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov çıxışı zamanı deyib.
Nazir bu razılaşmanı reallığa çevirmək üçün verdikləri töhfələrə görə Rusiya və Türkiyəyə təşəkkür edib: "Bu qonşu dövlətlər Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülh və sabitliyi təmin edəcək razılaşmanın zamini kimi mühüm rol oynayırlar".