• Flash
  • 3 Dekabr 17:55
  •  1 624

Boks üzrə keçmiş dünya çempionu İsrael Vaskes vəfat edib

Beynəlxalq Boks Federasiyası və Ümumdünya Boks Şurasının (WBC) məlumatına görə, ikinci çəki dərəcəsində boks üzrə dünya çempionu İsrail Vaskes 46 yaşında vəfat edib.

Bu barədə "WBC" prezidenti Maurisio Süleyman məlumat verib.

“İsrail, rinqdə, lakin ən əsası ondan kənar hərəkətlərinizlə bizə bəxş etdiyiniz çox gözəl xatirələrə görə təşəkkür edirəm. İndi sən əbədisən, rahat yat”, - deyə Süleyman X (keçmiş Twitter) sosial şəbəkəsindəki mesajında ​​bildirib.

"The Sun"-ın məlumatına görə , İsrail Vaskes uzun sürən xərçənglə mübarizədən sonra dünyasını dəyişib. Bu il idmançıya dördüncü mərhələdə sarkoma diaqnozu qoyulub.

Vaskes 2010-cu ildə Rafael Markeslə dördüncü döyüşündən sonra çoxsaylı zədələr, o cümlədən tor qişasının qopması səbəbindən təqaüdə çıxdı. İdmanda olduğu müddət ərzində o, 49 döyüş keçirib, onlardan 44-ü qələbə, 32-si nokautla başa çatıb.

Mövsüm

AzNews.az