- Flash
- 28 Fevral 11:02
- 2 308
Niyazi Mehdi vəfat edib

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.
Bu barədə onun həyat yoldaşı Dilarə Mehdi məlumat verib.
Niyazi Mehdi ilə vida mərasimi bu gün saat 2-də Göy məsciddə olacaq.
O, Bakı şəhərində dəfn ediləcək.
Qeyd edək ki, Niyazi Mehdi bir müddət əvvəl xəstəxanaya yerləşdirilmiş, əməliyyat olunmuşdu.
Xatırladaq ki, o, 1951-ci ildə Bakı şəhərində anadan olub. O, 1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 1973–1976-cı illərdə isə Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib.
Allah rəhmət eləsin.
AzNews.az