Qadın kəsilmiş başla fotosunu sosial şəbəkədə yaydı

İraqda İŞİD sıralarında xidmət etdiyi ehtimal olunan bir qadın kəsilmiş başla fotosunu sosial şəbəkədə yayıb.

Axar.az xəbər verir ki, Tvitterdə "Mujahidah Bint Usama" adı ilə qeydiyyatdan keçən bir qadın kəsilmiş başla çəkdirdiyi foto ilə dünya mediasının diqqətini öz üzərinə çəkib. Fotonun altında "Xəyalımdakı peşə terrorçu həkim olmaqdır" yazan "terrorçu həkim" barəsində İngiltərədə araşdırma başlanılıb.

Araşdırma zamanı məlum olub ki, terrorçu qadının əlində tutduğu baş 21 yaşlı İngiltərə vətəndaşına məxsusdur. Ən maraqlısı isə qadının kimliyidir. "Mujahidah Bint Usama" adının tərcüməsi "Usama Bin Ladenin mücahid qızı" mənasını verir. Həmin qadının Bin Ladenin qızı olduğu istisna edilmir.

AzNews.az