5 avqust Beynəlxalq işıqfor günüdür. 5 avqust Beynəlxalq işıqfor günüdür.

Beynəlxalq işıqfor günü: tarixi faktlar - Fotolar

5 avqust Beynəlxalq işıqfor günüdür.


1914-cü ilin bu günündə Klivlenddə (ABŞ) ilk avtomatik işıqfor quraşdırılıb. O qırmızı və yaşıl işıqlardan ibarət olub. Bir işıqdan digərinə keçərkən işıqfor səs siqnalı verib.

Lakin, ilk işıqfor britaniyalı Con Pik Nayt tərəfindən hələ XIX əsrdə ixtira olunub. Bu işıqfor əllə idarə olunub. İşıqforu insanlar ilk dəfə 1868-ci ildə Londonda İngiltərə parlamentinin binası önündə görüblər.

SSRİ-də işıqfor 1930-cu ilin yanvarında quraşdırılıb. İşıqfor Leninqradda Nevski və Liteynıy prospektlərinin kəsişməsində quraşdırılıb.

İnsan müdaxiləsi olmadan avtomatik işıqları dəyişən ilk işıqfor 1910-cu ildə Çikaqo ixtiraçısı Ersnt Sirrin tərəfindən hazırlanıb və patentləşdirilib. Cihaz işıqlandırılmamış Stop (Dayan) və Proceed (Keçin) yazıları ilə istifadə olunub.


Şəkildə, işçi işıqforu təmizləyir. London, Böyük Britaniya, 1939-cu il.

1949-ci ildə Cenevrədə yol işarələri və siqnallar haqqında Protokol və yol hərəkəti haqqında Konvensiya qəbul edilib.


1960-cı il martın 24-də Nyunberqdə (Almaniya) gözdən əlillər üçün səsli işıqfor quraşdırılıb.

Yol hərəkətini nizamlayan ilk üçrənqlı cihazlar 1920-ci ildə Detroit və Nyu-Yorkda meydana gəlib.


Şəkildə 75 işıqfordan ibarət heykəl təsvir olunub. London, Böyük Britaniya.

Bəzi ölkələrdə sarı işıq əvəzinə işıqforda narıncı rənqdən istifadə olunur.


Şəkildə Nyu-Cersi ştatında işıqforlar əks olunub. 2012-ci il.

Almaniyada piyadalar üçün işıqforun siqnalları orijinal formaya malikdir. Balaca "işıqfor adam" Ampelmännchen dini status alıb. Onun təsviri olan əşyalar turistlərin populyar suvenirinə çevrilib.


Şəkil: Berlində (Almaniya) işıqfor. 2009-cu il.

Aydan Axundova
AzNews.az