Gəncə şəhərində xəstəxanada ölüm hadisəsi baş verib. Gəncə şəhərində xəstəxanada ölüm hadisəsi baş verib.

Xəstəxanada dəhşətli olay - Hamilə qadın əməliyyat zamanı öldü (Yenilənib)

Gəncə şəhərində xəstəxanada ölüm hadisəsi baş verib.


Hadisə Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasında qeydə alınıb. Şəhər sakini, üş aylıq hamilə olan 1982-ci il təvəllüdlü Aynur Oktay qızı Kərimova özünü narahat hiss etdiyi üçün xəstəxananın Ginekologiya şöbəsinə yerləşdirilib. Ona uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyulub və əməliyyat edilib. Əməliyyat zamanı qadın dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər prokuroluğunda araşdırma aparılır.

APA.az

10:15
***
Gəncə şəhərində hamilə qadın əməliyyat zamanı ölüb.

Gəncə Şəhər Səhiyyə İdarəsinin müdiri Əlikram Məmmədov bildirib ki, 1982-ci il təvəllüdlü Aynur Oktay qızı Kərimova iki aylıq hamilə olub.

"Qadında uşaqlıqdan kənar hamiləlik olub və daxili qanaxma diaqnozu ilə xəstəxanaya gətirilib. Təəssüflər olsun ki, həmin xanım ailəsi tərəfindən xəstəxanaya gec gətirilib və daxili qanaxma çoxdan olduğu üçün bədəndə qan qalmayıb. Hamilə qadına xəstəxanın genekologiya şöbəsində diaqnoz qoyulub və əməliyyat olub. Onun ölüm səbəbi daxili qanaxmadır"-deyə Əlikram Məmmədov vurğulayıb.

Faktla bağlı Gəncə şəhər prokuroluğunda araşdırma aparılır.

Azvision.az