Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama təcridxanasında saxlanılan şübhəli şəxs özünə xəsarət yetirib. Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama təcridxanasında saxlanılan şübhəli şəxs özünə xəsarət yetirib.

27 yaşlı gənc damarlarını doğradı - Polis İdarəsində

Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama təcridxanasında saxlanılan şübhəli şəxs özünə xəsarət yetirib.


"Report" xəbər verir ki, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə saxlanılan 1989-cu il təvəllüdlü Vaqif Novruzov çarpayının dəmir ayaqlarını çıxararaq damarlarını doğrayıb.

Yaralıya lazımı tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az