- Köhnə - Hadisə
- 7 Noyabr 2016 16:59
- 9 624
Bakıda dələduzluq - 30 minlik brilliant üzük oğurlandı
Bakı şəhər sakininə qarşı dələduzluq edilib.
"Report"un xəbərinə görə, 1955-ci il təvəllüdlü Leyla Fərruxovna Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü ilin noyabr ayında və carı ilin sentyabr ayında Gülşən adlı şəxs onu aldadaraq 10 min manat pulunu və dəyəri 30 min ABŞ dollar olan brilliant qaşlı üzüyünü alıb, lakin indiyədək qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az