- Köhnə - Hadisə
- 10 Noyabr 2016 17:13
- 5 125
Binəqədi rayonunda uçqun olub – məktəb yaxınlığında
Bakının Binəqədi rayonunda daha iki uçqun hadisəsi qeydə alınıb.
Bu barədə AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin nümayəndəsi Rafiq Həsənov məlumat verib. Onun sözlərinə görə, uçqun Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 34 ünvanında fərdi yaşayış evindən 2 metr aralıda baş verib:
" Ərazidə 7 metr uzunluğunda 3-4 metr arasındakı yamac şaquli olaraq kəsilib.
Rövşən İmanov adına 205 nömrəli orta məktəbdən 60 metr aralıda hündürlüyü 3 metr olan istinad divarı uçub. Hər iki uçquna səbəb bir aydan bəri aramsız yağan yağışlar nəticəsində yığılan qrunt sularıdır. Divarın altında tökmə torpaq qatı yağış sularının təsirindən islanıb. Nəmlənmiş ağır kütlə divarı uçurub".
R.Həsənov hər iki hadisə ilə bağlı aidiyyatı qurumlara məlumat verildiyini bildirib:
"Hazırda ərazidəyik. Nazirlik olaraq aidiyyatı qurumlar qarşısında məsələ qaldıracayıq".
Bahar RÜSTƏMLİ
AzNews.az