Gəncə şəhərinin Gülüstan qəsəbəsinin sakini Məhərrəm Qurbanov saxlanılıb. Gəncə şəhərinin Gülüstan qəsəbəsinin sakini Məhərrəm Qurbanov saxlanılıb.

Sosial şəbəkədə tanış oldu - Rüsvay ediləcəyi ilə hədələndi

Gəncə şəhərinin Gülüstan qəsəbəsinin sakini Məhərrəm Qurbanov saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, noyabrın 16-da Gəncə şəhərinin Yeni Gəncə qəsəbə sakini Rəfiqə (ad şərtidir) Kəpəz RPİ-yə müraciət edərək sosial şəbəkədə tanış olduğu "Maqa Qurbanlı" ləqəbli şəxsin 055-634-34-14 nömrəsindən ona zəng edib şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini, əxlaqsız təkliflər etdiyini və ya 200 manat pul verməyi tələb etdiyini bildirib.

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gülüstan qəsəbəsinin sakini Məhərrəm Qurbanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.