Hacıqabul Rayon İcra Hakimiyyətində vəzifəli şəxslər arasında dava düşüb. Hacıqabul Rayon İcra Hakimiyyətində vəzifəli şəxslər arasında dava düşüb.

“Sən kimsən ki,...” – İcra Hakimiyyətində dava, 10 sutka həbs

Hacıqabul Rayon İcra Hakimiyyətində vəzifəli şəxslər arasında dava düşüb.


AzNews.az xəbər verir ki, Hacıqabul İcra Hakimiyyətinin Ərazi idarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə Iş şöbəsinin sədri İbad Həşimov iş yoldaşı, İcra Hakimiyyətinin mühasibi Rəşad adlı şəxslə dava edib. Mübahisə zamanı Rəşad İbad Həşimova əl-qol atıb. Polislərin səyi nəticəsində onları ayırmaq mümkün olub.
Hacıqabul Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Əsabir Məmmədov

AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib: "Bu hadisə hardasa 20 gün olar ki, baş verib. Əslində dava icra hakimiyyətində düşməyib. Rəşad ucqar kəndə işləyir. Vaxtı-vaxtında işə gedib-gəlmirmiş. İbad Həşimov da ona bununla bağlı xəbərdarlıq edib. Deyib ki, sənin işə münasibətinlə bağlı şikayət var. Axşam Rəşad içki içib, keflənib və İbad Həşimovun evinə gedib. Deyib ki, "sən kimsən ki, məni danlayırsan". Ona əl-qol atıb. Səs-küyə polislər gəlib. Rəşad polislərə də müqavimət göstərib. Ona 10 sutka həbs veriblər".

Ə.Məmmədov qeyd edib ki, Rəşad həbsdən çıxan kimi ərizə yazıb işdən ayrılıb:

"Dedi ki, daha burada işləyə bilmərəm".

Bahar RÜSTƏMLİ
AzNews.az