Neftçalada sudaboğulma hadisəsi baş verib. Neftçalada sudaboğulma hadisəsi baş verib.

Qamış biçən gənc oğlan suya düşərək boğuldu

Neftçalada sudaboğulma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Haqverdili kəndində qeydə alınıb.

İlkin məlumata görə, Bəyoğlan obasında yaşayan, 18 yaşlı Baloğlan Telman oğlu Tahirov su kanalında qamış biçərkən suya düşərək boğulub. Mərhumun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az