- Köhnə - Hadisə
- 11 Oktyabr 2017 10:51
- 6 377
Bakıda dəhşət - Qızının evinə gələn ana intihar etdi
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, Lənkəran rayonunda anadan olmuş 1965-ci il təvəllüdlü Babayeva Sidiqə Əzim qızı özünü Xətai rayonu Əhmədli qəsəbəsi Telnov küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.
Bildirilir ki, həmin evdə S.Babayevanın qızı yaşayır. 52 yaşlı qadın müvəqqəti olaraq qızının yanında yaşayırmış. Onun mədə xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az