- Köhnə - Hadisə
- 11 Oktyabr 2017 16:41
- 22 278
17 yaşlı qızın özünü qayadan atmasında atalığı günahlandırılır - “Nuranə görəndə ki, ögey atası onlara çatıb.."
Gənc qızın intiharı ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Gədəzeyxur kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, 17 yaşlı Nuranə Atluxanovanın intiharında bir başa atalığı günahlandırılır. Onlar iddia edir ki, Nuranə atasının dediyi şəxslə ailə qurmamaq üçün sevdiyi oğlanla birgə evdən qaçıb. "Atası bundan xəbər tutan kimi onların ardınca düşüb. Onun məqsədi qızı evə qaytarmaq, özünün dediyi şəxslə evləndirmək olub. Nuranə görəndə ki, atalığı onlara çatıb, ələ keçməmək üçün çıxış yolunu intiharda görüb. O, özünü qayadan atıb. Atalığı qızın intiharında təqsirli bilinməmək üçün kənddə şayiələr yayıb. Guya qızı qaçırıblar və həmin adamlar onu qayadan atıb”.
Qeyd edək ki, Qusarda intihar faktı qeydə alınıb. 2000-ci il təvəllüdlü Atluxanova Nuranə Mahir qızı özünü qayadan ataraq intihar edib.
Bahar Rüstəmli
AzNews.az