Qobustan rayonunda 63 yaşlı kişini eşşək vurub. Qobustan rayonunda 63 yaşlı kişini eşşək vurub.

Eşşək sahibini xəstəxanalıq etdi

Qobustan rayonunda 63 yaşlı kişini eşşək vurub.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Xilmilli kəndində baş verib.

Kənd sakini 1955-ci il təvəllüdlü Ağazaman Xanəli oğlu Xankişiyev həyətdə heyvanları tövləyə aparan zaman eşşək onu vurub.

Ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilən yaralı əməliyyat olunub.

Xəstəxananın Cərrahiyə şöbəsindən verilən məlumata görə, A.Xankişiyevin bədən nahiyəsinin qarın boşluğunun kəsilmiş cırılmış yarası aşkarlanıb və cərrahi müdaxilədən sonra palataya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az