- Köhnə - Hadisə
- 26 Sentyabr 2018 14:50
- 10 357
İkinci kurs tələbəsi vəfat etdi - Ürək tutmasından
Azərbaycanda universitetdə ölüm hadisəsi baş verib. Yüksək bal toplamış tələbə dünyasını dəyişib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ölüm hadisəsi baş verib.
Universitetin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, ADNSU-nun tələbəsi İlyas Paşayev Namiq oğlu dünən ürək tutmasından dünyasını dəyişib. İlyas Paşayev Energetika fakültəsinin ingilis dili bölməsi üzrə II kursda təhsil alıb. İlyasın ali məktəbə yüksək balla qəbul olunduğu bildirilir.
AzNews.az