Lənkəranın 3 kəndinə təbii qaz verildi

Lənkəran rayonunun daha 3 kəndinə təbii qaz verilib.

AzNews.az-ın "Azəriqaz" İstehsalat Birliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə,ümumilikdə 624 abonenti olan Kənarmeşə, Şilim və Seyidəkəran kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 29,8 kilometr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kəndlərdə 624 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AzNews.az