- Köhnə - Hadisə
- 3 Oktyabr 2013 10:31
- 2 306
Korrupsiya faktı aşkarlanan qurumların adı açıqlandı
APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu ilin 9 ayı ərzində korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən 138 cinayət işi bütün sahələri əhatə edib.
Həmin cinayət işləri əsasən vergi, səhiyyə, nəqliyyat sahəsi, hüquq-mühafizə orqanları, bələdiyyələr, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, "Azərenerji", Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, bank və özəl sektorla bağlıdır.
AzNews.az