Orta məktəbdə qətl törədən şəxsin kimliyi açıqlandı

Azərbaycanda orta məktəbdə qətl hadisəsi törədən şəxs tutulub.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 4 saylı Peşə Məktəbinin şagirdi Famil Gülüşovu bıçaqlayaraq qətlə yetirən Ağdam rayon sakini, 9 saylı Peşə Məktəbinin birinci kurs şagirdi, 1995-ci il təvəllüdlü Kamran Cahid oğlu Nəcəfov tutulub.

Qeyd edək ki, hadisə ötən gün Nizami rayonunda yerləşən 10 saylı orta məktəbin həyətində baş verib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


AzNews.az