Əli Kərimlinin qaynı azadlıqdan məhrum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Texnikabank"ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AzNews.az-ın məhkəməyə istinadən verdiyi məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü elan olunub. Hökmə görə, Elnur Seyidov 7 il 6 ay, digərləri isə 7 ildən 8 ilə qədər müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə azadlıqda olan Nicat Abdullayevin isə 8 il müddətinə azadlıqdan məhrum edilməsinə dair qərar verib. Digər ittiham olunan şəxslərə isə şərti cəza təyin edilib.

Qeyd edək ki, ittiham olunan şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə təqsirli biliniblər. Həbsdə olan sabiq müdir Azər Cəfərlinin işi də xəstəliyi ilə əlaqədar ayrıca icraata verilib.

Xatıraldaq ki, Elnur Seyidov həm də AXCP sədri Əli Kərmlinin qaynıdır.

AzNews.az