- Köhnə - Hadisə
- 30 Oktyabr 2013 09:24
- 5 086
Taksi sürücüləri ilə xarici vətəndaşlar arasında dava- Bakıda
Bu barədə APA-ya Səbail Rayon Polis İdarəsindən məlumat verilib.
Hadisə ötən gecə Səbail rayonu Əlizadə küçəsində qeydə alınıb. Bakıda fəaliyyət göstərən "Furqo Server" şirkətinin rəhbəri, Böyük Britaniya vətəndaşı, 1970-ci il təvəllüdlü Taut Keven 9-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək taksi sürücüləri tərəfindən düyüldüyünü bildirib.
Həmin işlə əlaqədar Bakıda taksi fəaliyyəti ilə məşğul olan Elçin Muxtarov da polisə şikayət edib. E. Muxtarov şikayətində Taut Kevenin ona baş nahiyəsindən ciddi xəsarət yetirdiyi qeyd edib.
Polisə daxil olan məlumat əsasında araşdırmalara başlanıb.
Hazırda günahkarların müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
AzNews.az