- Köhnə - Hadisə
- 7 Noyabr 2013 10:43
- 3 909
Velosipedçi qəzaya düşdü: vəziyyəti ağırdır
Velosipedlə hərəkətdə olan kənd sakini, 1974-cü il təvəllüdlü Eldəniz Əlihüsynovu həmkəndlisi Qasımov Rəşid Kərimulla oğlu idarə etdiyi 90 KH 604 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomaşınla vurub. E. Əlihüseynov Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
AzNews.az