“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC müştərilərinin aldadılması ilə bağlı yayılan xəbərlərə rəsmi mövqeyini açıqlayıb. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC müştərilərinin aldadılması ilə bağlı yayılan xəbərlərə rəsmi mövqeyini açıqlayıb.

“Akkord” ittihamlara cavab verdi – “Bizi heç kim məhkəməyə verməyib”

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC müştərilərinin aldadılması ilə bağlı yayılan xəbərlərə rəsmi mövqeyini açıqlayıb.


Tikinti şirkətindən AzNews.az-a daxil olan məlumata görə, müştərilərin aldadılması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Şirkətdən bildiriblər ki, artıq uzun müddətdir ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC mülki tikinti obyektlərinin inşası sahəsində ixtisaslaşır və yaşayış binaların tikintisini həyata keçirir: "İnşa etdiyimiz binalardakı mənzil alıcıları ilə münasibətlərini qanunvericiliyin tələblərinə riayət etməklə, bağlanmış müqavilələr əsasında qurur. "Akkord"un inşa etdiyi binalardakı mənzil alıcıları ilə bağladığı alğı-satqı müqavilələrində satılan mənzillərin ümumi sahəsinin ölçülməsi meyarları dəqiq müəyyən edilır. "Akkord" məlumat üçün bildirib ki, bu günə kimi mənzillərin ümumi sahəsinin ölçüləri ilə bağlı Korporasiyamıza qarşı Azərbaycan Respublikasının məhkəmələrində heç bir iddia qaldırılmayıb. Şirkətdən onu da bildiriblər ki, "Akkord" Korporasiyası hər zaman öz müştəriləri ilə qanunvericiliyin tələblərinə uyğun rəftar edir , müştərilərin hüquq və qanuni maraqlarını üstün tutur.


Gültəkin ƏLƏSGƏR
AzNews.az