Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində dünən Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Əhməd Osmani ilə görüşüb. Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində dünən Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Əhməd Osmani ilə görüşüb.

Elmar Məmmədyarov əfqan həmkarı ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində dünən Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Əhməd Osmani ilə görüşüb.



AzNews.az nazirliyin saytına istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan-Əfqanıstan münasibətlərinin cari inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Azərbaycanın iştirakı və təşəbbüsü ilə regionda həyata keçirilən layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında fikir mübadiləsi aparılmış və Əfqanıstanın xarici işlər naziri ölkəsinin Mərkəzi Asiya vasitəsilə bu dəhlizə çıxış əldə etməkdə maraqlı olduğunu deyib.

Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, Əfqanıstanda həyata keçirilən infrastruktur layihələrinə ölkəmizin cəlb olunması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


AzNews.az