- Köhnə - Hadisə
- 26 Sentyabr 2014 16:34
- 3 478
Qayınatası ilə qayınanasını öldürüb, amma yenə narazıdır
Virtualaz.org-un verdiyi xəbərə görə, hakim İlham Həsənovun sədrliyi ilə apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Məhkəmə baxışı sentyabrın 30-a təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi yanvar ayının 1-də Novxanı bağlarında baş verib. Ailədaxili insident zamanı Bayram Həsənov odlu silahdan açdığı atəşlə qaynatası Nəzər Qəmbər oğlu Hüseynovu, qayınanası Rəfiqə İbrahim qızı Hüseynovu güllələyib. Onların hər ikisi hadisə yerindəcə keçiniblər.
Təqsirləndirilən şəxs qismində dindirilən Bayram Həsənov ifadəsində həyat yoldaşı ilə aralarında narazılıq olduğunu, hadisədən bir müddət əvvəl arvadı Gülnar Həsənova uşaqlarını da götürərək atası evinə getdiyini göstərib. Münasibətlərə aydınlıq gətirmək üçün qohumlarının evinə gələn Bayram burada onlarla mübahisə edib. Mübahisə zəminində əvvəl havaya atəş açan Bayram Həsənov daha sonra ardıcıl olaraq əvvəl qayınanasını, sonra da qayınatasını odlu silahla qətlə yetirib.
Bu cinayət işi Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə araşdırılıb. Məhkəmənin hökmü ilə Bayram Həsənov ömürlük azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Bayram Həsənov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini və cəzasının müddətli cəza ilə əvəz edilməsini xahiş edib.
AzNews.az