- Köhnə - Hadisə
- 29 Sentyabr 2014 09:01
- 3 043
Tanınmış jurnalistə vəzifə verildi
ANS TV-nin keçmiş əməkdaşı vəzifəyə təyin olunub.
Publika.az-ın məlumatına görə, ANS-in efirində yayımlanan "İç xəbər" proqramından bir çox tamaşaçıya tanış sima olan teleaparıcı Elnur Hidayətoğlu Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda şöbə müdüri vəzifəsinə təyinat alıb. O, Fondun ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəhbəri vəzifəsində çalışacaq.
Məsələ ilə bağlı Elnur Hidayətoğlu ilə əlaqə saxladıq. O bildirib ki, bu gündən artıq təyinat aldığı işinin icrasına başlayıb. Jurnalist işinin icrasından layiqincə gələcəyini və bundan sonra Fondun gördüyü işləri ictimaiyyətə çatdırmaq üçün Kütləvi İnformasiya Vasitələri ilə sıx əməkdaşlıq edəcəyini deyib.
Qeyd edək ki, Elnur Hidayətoğlunun son iş yeri APA TV olub.