- Köhnə - Hadisə
- 29 Sentyabr 2014 16:30
- 4 704
Bakıda göydən su çəni düşdü – Ölümün bir addımlığında (FOTOLAR)
Paytaxta havanın kəskin dəyişməsi nəticəsində bir sıra ərazilərdə ciddi fəsadlar yaranıb.
AzNews.az-a daxil olan məlumata görə, güclü külək Nəsimi rayonu, Hüseynbala Əliyev 7 ünvanında (Metronun "Memar Əcəmi" stansiyasının yaxınlığı) yerləşən 5 mərtəbəli binasının damındakı su çənini aşırıb.
Çən əhalinin sıx olduğu küçəyə düşsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Amma sakinlər arasında təşviş yaranıb.
İlqar
AzNews.az