- Köhnə - Hadisə
- 29 Sentyabr 2014 19:01
- 5 101
Külək toyda təşviş yaratdı: şadlıq evinin şüşələri qırıldı
Bu gün başlayan güclü külək Bakının məşhur şadlıq saraylarından birində - “Oskar”da hıyacanlı anlar yaşadıb.
AzNews.az xəbər verir ki, saat 18.00 radələrində toya start verilən ərəfədə qəfildən zala şüşə parçaları tökülüb. Bu isə toya şənlənmək üçün yenicə gələn qonaqları bərk qorxudub.
Hətta, qonaqların əksəriyyəti təhlükəsizlik baxımından dəhlizə çıxıb.
Xöşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Bakının Nizami rayonunda yerləşən bu şadlıq evində hazırda qonaqlar təşviş içindədir. Qonaqların çoxu zalı tərk edib. Onlar digər pəncərələrin də qırıldığından qorxuya düşüblər.
AzNews.az