Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin V konfransı keçirilib. Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin V konfransı keçirilib.

Leyla Əliyeva: "Azərbaycanda rus dilinə hörmətlə yanaşılır"

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin V konfransı keçirilib.



APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, konfransdan öncə "RAGB – dialoq və fəaliyyət" şüarı altında sərgi təşkil edilib. Təşkilatın ötən dövr ərzindəki fəaliyyəti, Heydər Əliyev Fondunun Rusiyada həyata keçirdiyi layihələr müxtəlif kitab və jurnallar vasitəsilə izləyicilərin və iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Konfransı giriş sözü ilə açan RAGB sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva artıq 7 ildir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyinin yaradıldığını söyləyib: "Təşkilat yaradılanda biz Rusiyada yaşayan azərbaycanlı gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına yardım etmək və ölkəmizin həqiqətlərini təbliğ etməyi qarşımıza məqsəd qoymuşduq. Hazırda birliyin Rusiya regionlarında 70-dən artıq nümayəndəliyi var. Rusiya Azərbaycanlı Gənclər Birliyi ölkənin bütün aparıcı ali məktəblərində layihələr həyata keçirir. Layihələrimiz bundan sonra da davam edəcək. Bu gün əminliklə demək olar ki, RAGB qarşısına qoyduğu məqsədlərə çatıb".

Leyla Əliyeva Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib. İki xalqın tarixən bir-birinə bağlı olduğunu söyləyən RAGB sədri bildirib ki, bu əlaqələrin kökündə çoxillik tarix dayanır. Müasir Azərbaycanın nailiyyətlərindən danışan Leyla Əliyeva qeyd edib ki, tolerantlıq Azərbaycan xalqı üçün həyat normasına çevrilib: "Azərbaycanda rus dilinə və mədəniyyətinə böyük hörmətlə yanaşılır. Son illərdə Azərbaycan iqtisadiyyatı üç dəfə böyüyüb və MDB ölkələri sırasında birinci yerdədir. 2015-ci ildə Bakıda ilk Avropa Olimpiya Oyunları keçiriləcək. 2016-cı ildə isə Azərbaycanda şahmat Olimpiadası keçiriləcək. Lakin bütün bu nailiyyətlərlə yanaşı, Azərbaycanın 20 faiz torpaqlarının işğal altında olduğunu unutmaq olmaz. Bizim 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. "Xocalıya ədalət" kampaniyası da dünya ictimaiyyətini Xocalı həqiqətləri ilə bağlı məlumatlandırmaq məqsədilə aparılırdı. İnanıram ki, dünya ictimaiyyəti bu hadisələrə ədalətli qiymət verəcək. Azərbaycanın ərazi bütövlüyü isə bərpa olunacaq və bütün qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqlar".

Sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edib. O, RAGB-nin fəaliyyətinin çox vacib olduğunu vurğulayıb: "Rusiyada yaşayan Azərbaycan gəncliyini birləşdirən RAGB uğurlu ictimai təşkilatdır. Leyla Əliyevanın rəhbərliyi altında bu təşkilat bir sıra uğurlu layihələrə imza atıb".

Səfir son vaxtlar Rusiya və Azərbaycan arasında əlaqələrin intensivləşdiyini söyləyib: "Çoxları Rusiyaya nəsə istəmək xahişi ilə gəlir. Azərbaycan isə Rusiya iqtisadiyyatına investisiya yatırır".

Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi əlaqələr şöbəsinin məsləhətçisi Natiq Əliyev, Rusiya Federasiya Şurasının üzvü, senator İqor Morozov, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmmədbağır Əliyev, Dövlət Dumasının deputatı Mixail Starşinov, Moskva hökumətinin departament rəhbərinin müavini Vladimir Fillipov da tədbirdə çıxış ediblər.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Leyla Əliyeva Rusiya ali məktəblərində təhsil alan əlaçı tələbələrə və təşkilatın fəallarına diplomlar təqdim edib.

Plenar iclasdan sonra RAGB-nin V konfransı öz işini 4 yarımbölmədə davam etdirib. "Qafqazda biomüxtəlifliyin qorunması", "Azərbaycan səhiyyəsi islahatlar yolunda", "Bakı-2015" mövzularında ətraflı müzakirələr aparılıb.

Konfrans işini Moskva Beynəlxalq Musiqi Evində Azərbaycan və Rusiya estrada ulduzlarının konserti ilə başa vuracaq.
image description image description image description image description image description image description