- Köhnə - Hadisə
- 4 Oktyabr 2014 11:26
- 4 080
Sabaha olan hava - Proqnozu
Bu barədə AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib
Məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 05-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 12-15, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 05-də arabir yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.
AzNews.az