“Quran”ı cıran 2 uşaq həbs edildi

Misirin Bəni - Sueyf şəhərində islamı təhqir etməkdə günahlandırılan 2 uşaq həbs edilib. Bu barədə məlumatı "Əl-Əhram" qəzeti yazıb. Məlumata görə, oğlan uşaqlarından birinin 10, digərinin isə 9 yaşı var və onlar xristian ailələrinin övladlarıdır.

Uşaqların həbsi yerli imamın şikayəti əsasında həyata keçirilib. İmam uşaqların "Quran"ı cırmasının şahidi olub. Əvvəlcə uşaqları tənbeh etmək üçün yerli kilsənin keşişinə müraciət edən imam ondan rədd cavabı alıb. Bundan sonra çıxış yolunu məhkəməyə müraciət etməkdə görüb.

Elnarə Əlosmanqızı
AzNews.az