- Köhnə - Hadisə
- 8 Aprel 2015 09:12
- 2 608
BTC-nin Azərbaycan hissəsinin çəkilişinə başlanılıb – 12 il öncə
Tarixdə bu gün: 8 aprel
Tarixdə bu gün aprelin 8-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin çəkilişinə başlanılıb. Kəmərin rəsmi təməlatma mərasimi 2002-ci ilin 18 sentyabrında (Bakı yaxınlığındakı Səngəçal terminalında) keçirilib.
1692 - İtaliya bəstəkarı, skripkaçı Cüzeppe Tartini (1692-1770) anadan olub.
1843 - Danimarka bəstəkarı, dirijor Asqer Hamerik (1843-1923) anadan olub.
1859 - Alman filosofu, fenomenologiyanın banisi Edmund Husserl (1859-1938) anadan olub.
1921 - Məşhur çex bəstəkarı Yan Novak (1921-1984) anadan olub.
1929 - VI Ümumazərbaycan Sovetlər qurultayının qərarı ilə Azərbaycanda yeni ərazi-inzibati vahidlər - dairələr yaranıb. Respublika ərazisi Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa və Mugan dairələrinə bölünüb. Bundan öncə, 1921-ci ildə Azərbaycan SSR-də ərazi-inzibati bölgüsü olaraq 17 qəza (Bakı, Gəncə, Ağdaş, Göyçay, Cəbrayıl-Qaryagin, Tovuz, Qazax, Zaqatala, Quba, Lənkəran, Nuxa, Salyan, Şuşa, Şamaxı, Şamxor, Qubadlı, Zəngəzur) təşkil olunub.
1971 - London yaxınlığında Ümumdünya Qaraçı Konqresi keçirildi, bu konqresdə qaraçıların bayrağı və himni qəbul olunub.
1992 - Prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədovun fərmanı ilə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı rayonlarında və Ermənistanla sərhəd bölgələrdə birbaşa prezident üsul-idarəsi tətbiq edilib.
1992 - Ermənistan Silahlı Qüvvələri Ağdaban soyqırımını törədib.
2000 - Bakıda türkdilli dövlət başçılarının 6-cı zirvə görüşü keçirilib. 1992-ci ildən keçirilən türkdilli ölkələr sammiti ilk dəfə Azərbaycan paytaxtında toplanmışdı. Zirvə toplantısı "Kitabi Dədə Qorqud"un 1300 illik yubileyinə həsr olunub. Sammitdə dörd ölkənin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın prezidenləri iştirak edib, Özbəkistan və Türkmənistan parlament sədrləri ilə təmsil olunub.
2003 - Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin çəkilişinə başlanılıb. Kəmərin rəsmi təməlatma mərasimi 2002-ci ilin 18 sentyabrında (Bakı yaxınlığındakı Səngəçal terminalında) keçirilib.