- Köhnə - Hadisə
- 12 Aprel 2015 20:00
- 4 159
Türkiyədə bir ailənin 8 üzvü dəfn edildi - VİDEO
Ağrının Doğubayazıt bölgəsinin Alıntepe kəndində evlərində ölü tapılan səkkiz nəfər bu gün yan-yana torpağa verilib.
AzNews.az xəbər verir ki, ailənin həyatda qalan və İstanbulda olan tək uşağı Kamal Zeyat da dəfn mərasimində iştirak etmək üçün kəndə gəlib.
Doğubayazıtdən 17 kilometr uzaqda yerləşən Alıntepe kəndində ər-arvad Əbdülkadirlə Zeyat və onların 6 uşağı evlərində ölü tapılıb.
Doğubayazıt Prokurorluğu tərəfindən araşdırma aparıldıqdan sonra meyitlər yarılmaq üçün Ərzuruma göndərilib. Daha sonra cənazələr günorta saatlarında mikroavtobuslarla dəfn olunacaqları Alıntepe kəndinə gətirilib.
Qəbristanlıqda ailənin tək uşağı Kamal Zeyata qohumları və kəndliləri təsəlli verməyə çalışıb. Səkkiz meyit göz yaşları və dualar arasında torpağa verilib.
Ailənin 8 üzvünün hansı səbəbdən ölməsi haqda bilgi verilmir.