Çində 71 yaşlı jurnalist Qao Yuya 7 il həbs cəzası verilib. Çində 71 yaşlı jurnalist Qao Yuya 7 il həbs cəzası verilib.

71 yaşlı jurnalistə 7 il həbs cəzası verildi

Çində 71 yaşlı jurnalist Qao Yuya 7 il həbs cəzası verilib.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "South China Morning Post" nəşri yayıb.

Məlumata görə, jurnalist dövlət sirrlərini yaydığına görə ittiham edilib. O, saytların birində Kommunist Partiyasının daxili sənədini yayımlayıb.

Qao Yu bu ittihamla razı olmadığından apellyasiya məhkəməsinə şikayət edəcək. Ancaq buna baxmayaraq o, ötən ilin mayında dövlət televiziyası ilə çıxışında günahını boynuna almışdı. Sonra isə jurnalist bu sözləri məcburən dediyini açıqlayıb. Onun oğluna təzyiq göstərilib.

Qeyd edək ki, bu, jurnalistin artıq ikinci həbsxana həyatı olacaq. O, yazdığı məqaləyə görə də 7 ilə yaxın həbsxanada yatıb.