- Köhnə - Hadisə
- 21 Aprel 2015 15:11
- 3 750
DYP əməkdaşından kobud qanun pozuntusu - Piyadaya yol vermədi (Video)
Bakıda Dövlət Yol Polisi əməkdaşı yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
AzNews.az xəbər verir ki, qayda pozuntusunun lentə alındığı videonu aparıcı İlkin Həsəni çəkib. Avtomobilə quraşdırılmış videoqeydiyyatçı vasitəsilə qeydə alınmış görüntülərdə DYP maşınının piyada zolağı üzərində olan şəxsə yol vermədiyi görünür.
Hadisə İnşaatçılar prospektində qeydə alınıb. 10 YP 701 dövlət nömrə nişanlı DYP avtomobili yerüstü piyada keçidi üzərində olan vətəndaşı görməsinə baxmayaraq, avtomobili saxlamır və piyadanın həyatına təhlükə yaradır.
Maraqlı məqam isə ondan ibarətdir ki, DYP avtomobili piyada keçidindən şütüyüb yol hərəkəti qaydalarını pozsa da, digər sürücülər hər biri piyadalara yol verib.
Məlumat üçün bildirək ki, polis əməkdaşlarının hər hansı hadisə yerinə getmədiyi görünür. Əks halda DYP avtomobilinin üzərindəki xüsusi səs siqnalları işə salınmış olardı.