- Köhnə - Hadisə
- 8 May 2015 10:04
- 2 342
Azərbaycanda ata və iki azyaşlı övladı yanaraq öldü
Azərbaycanın Göyçay şəhərində yanğın hadisəsi nəticəsində ata və iki övladı yanaraq ölüb.
AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə səhərə yaxın, saat 04:00 radələrində şəhərin Ziya Bünyadov küçəsində baş verib.
Belə ki, Əhmədova Xəyalə Laçın qızına məxsus evdə onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Babayev Azad Misirxan oğlu, övladları - 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızı və 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu yanaraq ölüb. X.Əhmədova isə yanğından xilas ola bilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları gəlib. Yanğın söndürülüb.
Hadisə nəticəsində ümumi ərazisi 70 kvadratmetr olan evin iki otağı tamamilə yanıb.
Yanğının başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.