- Köhnə - Hadisə
- 11 May 2015 14:38
- 4 337
Ankarada əməliyyat: 34 polis saxlanıldı – VİDEO
Ankara Baş Prokurorluğu polislərə qarşı xüsusi əməliyyat həyata keçirərək 34 nəfəri göz altına alıb.
AzNews.az xəbər verir ki, saxlanılanlar qanunsuz dinləmələrdə ittiham edilir.
Əməliyyat Ankara Prokuroru Alparslan Karabayın göstərişilə baş tutub. Polis 2007-2011-ci illərdə qanunsuz dinləmə iddiaları ilə bağlı Ankara, Şanlıurfa, Van, Qars, İğdır, Bayburt, Ərzurum, Tokat, Eskişehir və Təkirdağ da daxil olmaqla 16 bölgədə əməliyyata başlayıb.
Əməliyyat çərçivəsində 34 nəfər barəsində saxlanma qərarı verilib. Onlardan 2-si həbsxanaya aparılıb, digərləri isə nəzarətə alınıb.
Saxlanılanlardan 17-nin polis rəisi, 3-nün isə polis məmuru olduğu bildirilir.