- Köhnə - Hadisə
- 26 May 2015 09:44
- 3 250
Rus qoşunları Naxçıvanı işğal edib – 188 il öncə
Tarixdə bu gün: 26 may
Tarixdə bu gün mayın 26-da 1914-cü ildə xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyev (1914 - 3.10.1996) Füzuli şəhərində anadan olub.
451 — Sasanilərlə Qafqaz xalqlarının birləşmiş ordusu arasında Xalxal döyüşü baş verib.
946 — Edred İngiltərənin şahı elan olunub.
1822 - Fransız yazıçısı Edmon de Qonkur (Edmond Huot de Goncourt ; 1822 - 16.7.1896) anadan olub. Məşhur yazıçı Jül de Qonkurun (1830-1870) böyük qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Oonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.
1827 - Rusiya-İran müharibəsi (1826-1828) gedişində rus qoşunları Cənubi Azərbaycan torpaqlarına doğru irəliləyərək Naxçıvanı işğal ediblər. Bundan sonra Rusiya ordusu İrəvan xanlığını, ardınca isə Təbriz, Urmiya və Ərdəbili də ələ keçirib. Müharibə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsi ilə başa çatıb.
1842 – Tanınmış gürcü yazıçısı və şairi Georgi Seretelli (1842 -1900) аnаdаn оlub. Əsərləri: "İlk addım", "Asimat xala", "Boz qurd" və s.
1877 - Azərbaycanın maarifçi-alimi Məhəmmədəli Tərbiyət (1877-1940) Təbrizdə anadan olub. Təbrizdə yeni tipli "Tərbiyət" mədrəsəsi və kitabxana açıb, Təbrizin bələdiyyə rəisi olub. Qədim dövrlərdən XX əsrədək Azərbaycan mədəniyyəti haqqında "Danişməndani-Azərbaycan" ensiklopedik əsərin müəllifidir.
1878 - Amerikalı balerina, baletdə modern rəqsin banilərindən biri Aysedora Dunkan (Isadora Duncan; 1878-1927) anadan olub.
1889 — Eyfel qülləsində ilk lift istifadəyə verilib.
1894 - Macar əsilli Amerika aktyoru Pol Lukas (Paul Lukas, 1894-1971) anadan olub.
1894 - Ədəbiyyatşünas alim, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. 20-ci illərdə Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqi, digər türkdilli ölkələrdə yayılmasında aktiv fəaliyyət göstərib, "El aşıqları" toplusunu tərtib edib. Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. Stalin repressiyasının qurbanı olub.
1896 — Rusiyanın son çarı II Nikolay taxta çıxıb.
1900 - Çex şairi, bəstəkarı və rəssamı Vitezlav Nezval (1900-1958) anadan olub.
1904 - Görkəmli türk şairi və mütəfəkkiri Nəcib Fazil Qısakürək (1904 - 25.5.1983) anadan olub.
1908 — İranın Məscid Süleyman şəhərində Orta Şərqdə ilk neft yatağı aşkar edilib.
1908 - Rus yazıçı-dramaturqu Aleksey Nikolayeviç Arbuzov (1908-1986) anadan olub. Əsərləri: "Köhnə dəbli komediya", "Tanya", "On ikinci saat" və s.
1914 - Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyev (1914 - 3.10.1996) Füzuli şəhərində anadan olub. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Geriyə baxma, qoca" və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin ("Atayevlər ailəsində", "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Natəvan", "Hökmdar və qızı", "Şeyx Xiyabani", "Sevgililərin cəhənnəmdə vüsalı" və s.) müəllifidir.
1918 - Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirilib. Gürcü heyəti Zaqafqaziyanı vahid dövlətdə birləşdirməyin qeyri-mümkün olduğunu bildirərək federasiyadan çıxdıqlarını elan ediblər. Azərbaycan heyəti buna etiraz etməyib və Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul olunub. Zaqafqaziya Federasiyasının cəmi bir ay mövcud olmasının əsas səbəblərindən biri də erməni tərəfin həm Azərbaycana, həm də Gürcüstana ərazi iddiaları idi. Mayın 26-da Gürcüstanın, iki gün sonra isə Azərbaycan və Ermənistanın müstəqilliyi elan edilib.
1922 - Bakıda Zaqafqaziya qadınlarının I qurultayı keçirilib.
1929 - Fransız aktyoru və rejissoru Fransua Leterye (Francois Leterrier) anadan olub.
1938 - Şair Adil Rəsul (1938-1997) anadan olub.
1941 – Xalq artisti, tanınmış televiziya və radio diktoru Ofelya Hacağa qızı Sənani anadan olub. Uzun illər "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin qəhrəmanlarını səsləndirib. "Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmlərində çəkilib.
1953 - Tanınmış jurnalist, publisist, tərcüməçi, ədəbiyyatşünas Elmira Hüseyn qızı Axundova anadan olub. "Poliqrafçının ölümü", "Həqiqət anı" və s. kitabların müəllifidir. Azərbaycan yazıçılarının (İ.Şıxlı. B.Bayramov,V.Babanlı, M.Süleymanlı və s.) əsərlərini rus dilinə tərcümə edib. 2005-ci ildən Milli Məclisin deputatıdır.
1993 — Azərbaycan Respublikası Madaqaskar ilə diplomatik əlaqələr qurub.
2006 — İndoneziyada zəlzələ nəticəsində 5700 nəfər ölüb, 200 min nəfər isə öz evlərindən ayrı düşüblər.