- Köhnə - Hadisə
- 26 May 2015 20:03
- 1 903
Bu rayonlarda qaz olmayacaq
Sabah bəzi yerlərdə qaz fasilələrlə veriləcək.
AzNews.az Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) istinadən məlumatına görə, mayın 27-də saat 10-dan 18-dək "Qaz İxrac" idarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Atbulaq", Ağdaş magistral qaz kəmərləri sahəsinin "Goranboy" və "Zaqatala", Ağdam magistral qaz kəmərləri sahəsinin "Ağcabədi", Siyəzən magistral qaz kəmərləri sahəsinin "Xızı", Astara magistral qaz kəmərləri sahəsinin "Avrora" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Hacıqabul rayonunun Atbulaq, Lənkəran rayonunun Gərmətük, Aşağı Nüvədi, Bürcəli, Mamusta, Viyən, Kənarmeşə və Şürük kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Ağcabədi, Bərdə, Naftalan, Goranboy və Xızı rayonlarının bəzi hissələrinin təbii qaz təchizatına da təsir göstərməsi mümkündür.