“Avesta” konsernin rəhbəri Hacı İbrahimin qardaşı, ATV-nin keçmiş prezidenti Natiq İbrahimovun qazaxlı iş adamı barədə səsləndirdiyi fikirlər Elşad Məmmədovun hiddətinə səbəb olub. “Avesta” konsernin rəhbəri Hacı İbrahimin qardaşı, ATV-nin keçmiş prezidenti Natiq İbrahimovun qazaxlı iş adamı barədə səsləndirdiyi fikirlər Elşad Məmmədovun hiddətinə səbəb olub.

“Hacı İbrahim şərləyib evlərimi əlimdən aldı” – Qazaxlı iş adamı

“Avesta” konsernin rəhbəri Hacı İbrahimin qardaşı, ATV-nin keçmiş prezidenti Natiq İbrahimovun qazaxlı iş adamı barədə səsləndirdiyi fikirlər Elşad Məmmədovun hiddətinə səbəb olub.

Mühacirətdə olan iş adamı N.İbrahimovun onun barəsində dediyi "xəstədir, psixdir" fikirlərinə münasibət bildirib.

AzNews.az-a açıqlamasında o, Hacı İbrahimi evlərini əlindən almaqda ittiham edib: "İbrahim Nehrəmli məni şərlədi. Pul verib aldığım evləri əlimdən aldı. Natiq İbrahimovdan fərqli olaraq, mən Hacının özü ilə nə görüşmüşəm, nə yazışmışam. Amma iddia edirdi ki, guya, mən onun üçün hansısa işlər görməyə vəd vermişəm, sonra da Gürcüstana qaçmışam. "Bandotdel" də məni tutub ölkəyə gətirib və cinayətlərimi boynuma almışam. Bunlar hamısı yalandan düzüb-qoşulmuş şeylər idi".

Elşad Məmmədov Natiq İbrahimovun onun haqqında səsləndirdiyi təhqirlərə belə cavab verib: "Deyir ki, kimsə onun adından profil açıb və mənlə danışıb. Axı biz onunla Facebookda dost idik. Bunu dana bilməz. Dəvəquşu kimi başını qumda gizlətsə də, mesajları və şəkilləri məndədir. İndi kim haqqını tələb edirsə, onu ya narkoman çıxarırlar, ya dəli, ya da xuliqan. Natiqin "ətinin tökülməsi"nə qalanda isə, onun qarşısına faktlar qoyaram ki, "əttökülməli" məqamları yaxşı tanısın. Əvvəla Qardaşı Hacı şəhid verdiyimiz gün öz restoranının açılışın edirdi. Özü də yarıçılpaq qızlarla. Onda gərək həmin gün Natiqdə "ət qalmayaydı", İkinci, Hacı İbrahimin katibəsini gecə polis saxlayanda, qadın polislərə "indi Hacıya zəng edəcəm" deyəndə Natiqin "əti tökülməliydi". Son olaraq, Hacı bahalı maşının qabağında qara corabla ağ "vyetnamka" geyinib şəkil çəkdirəndə Natiq yoxa çıxmalıydı".

Qeyd edək ki, Hacı İbrahim Nehrəmlinin qardaşı dünən müsahibəsində E.Məmmədovun ünvanına sərt ifadələr işlətmişdi. O, E.Məmmədovu xəstə, psix adlandırmış və əvvəllər belə bir adam tanımadığını demişdi.