Şagirdlər gözyaşardıcı qazdan zəhərlənib Şagirdlər gözyaşardıcı qazdan zəhərlənib

Məktəbdə zəhərlənənlərin sayı 3-ə çatdı

Şagirdlər gözyaşardıcı qazdan zəhərlənib



Nizami rayonundakı 109 saylı məktəbdə baş verən hadisədə zəhərlənən şagirdlərin sayı 3-ə şatıb. 17 yaşlı 11-ci sinif şagirdi olan daha bir qız Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə gətirilib. Bu barədə məlumatı şöbə müdiri Azər Maqsudov verib.

A.Maqsudovun sözlərinə görə, günorta saatlarında şöbəyə gətirilən şagirdlərdən biri artıq evə buraxılıb. Digər şagird isə sabah evə buraxılacaq: "Üçüncü şagirdi isə məsləhət üçün gətiriblər. Ürəkbulanması, süstlük
əlamətləri özünü göstərir. Onu da bir saat sonra evə buraxacağıq".

Şöbə müdirinin sözlərinə görə, aparılan təhlillər şagirdlərin qazla zəhərlənmədiyini ortaya çıxarıb: "Orada gözyaşardıcı qazdan, yaxud bibər qazından zəhərlənmə olub".

Elnarə Əlosmanqızı
AzNews.az