- Köhnə - İdman
- 14 May 2017 21:40
- 6 427
Ruslan Lunyov ikinci qızılını qazandı
Mayın 14-də - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə Azərbaycan idmançısı Ruslan Lunyov özünün ikinci, ölkəmizin 12-ci qızıl medalını qazanıb.
AzNews.az Azərtac-a istinadən xəbər verir ki, o, atıcılıq yarışlarında kişilər arasında 25 metrdən tapança ilə sürətli atəşaçma yarışının qalibi olub. Ruslan Lunyov hamıdan yüksək nəticə göstərərək qızıl medala sahib olub.
Gümüş medalı Türkiyə idmançısı Murad Kılıç, bürünc mükafatı isə Oman atıcısı Səid Əl Haşimi qazanıb.
Qeyd edək ki, Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub - (581-25 xal).