- Köhnə - İdman
- 17 May 2017 19:32
- 5 453
Üzgüçülük komandamız üçüncü oldu - İslamiada
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın üzgüçülərin 4X100 m kompleks estafet yarışında qaliblər müəyyənləşib.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, Fatimə Əlkərəmova, İlahə Raciyeva, Alsu Bayramova və Yuliya Stisyukdan ibarət yığmamız finalda 4:34.42 dəqiqə nəticə göstərərək bürünc medal qazanıblar.
Birinci yeri Türkiyə, ikinci yeri isə İndoneziya üzgüçüləri tutub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.