- Köhnə - İdman
- 21 May 2017 21:00
- 4 676
Olqa Bıkovskaya ikinci qızıl medal qazandı - İslamiada
Mayın 21-də Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının suyatullanma yarışlarında daha bir qızıl medal qazanıb.
AzNews.az Azərtac-a istinadən xəbər verir ki, qadınlar arasında 3 metr tramplindən suyatullanma yarışında uğurla çıxış edən Azərbaycan idmançısı Olqa Bıkovskaya bütün rəqiblərini qabaqlayaraq “Bakı-2017”nin çempionu olub.
Gümüş medalı türkiyəli Yaprak Seli Keskin, bürünc medalı isə indoneziyalı Della Harimurti aktivlərinə yazdırıblar.