Almaniya Futbol İttifaqının (AFİ) prezidenti Reynhard Qrindel ötən gün DÇ-2018-in seçmə mərhələsində millimizin Almaniya ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında azərbaycanlı jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunan “Qəbələ”nin və yığmamızın üzvü Cavid Hüseynovun erkən azadlığa buraxılması məsələsini gündəmə gətirib. Almaniya Futbol İttifaqının (AFİ) prezidenti Reynhard Qrindel ötən gün DÇ-2018-in seçmə mərhələsində millimizin Almaniya ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında azərbaycanlı jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunan “Qəbələ”nin və yığmamızın üzvü Cavid Hüseynovun erkən azadlığa buraxılması məsələsini gündəmə gətirib.

"Futbolçu ilə bağlı xəbərin siyasiləşdirilməsi anlaşılmaz və qəbuledilməzdir" - Ramin Həsənov

Almaniya Futbol İttifaqının (AFİ) prezidenti Reynhard Qrindel ötən gün DÇ-2018-in seçmə mərhələsində millimizin Almaniya ilə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında azərbaycanlı jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunan “Qəbələ”nin və yığmamızın üzvü Cavid Hüseynovun erkən azadlığa buraxılması məsələsini gündəmə gətirib.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, o, məsələ ilə əlaqədar Azərbaycan hökumətindən izahat gözlədiklərini söyləyib.

Millimizin oyununu izləmək üçün Kayzerslautern şəhərinə gələn ölkəmizin Almaniyadakı səfiri Ramin Həsənov jurnalistlərə açıqlamasında məsələyə münasibət bildirib. O deyib ki, bu məsələdən mətbuat konfrasından dərhal sonra xəbər tutub və Maynz şəhərində olarkən AFİ rəhbəri ilə ayaqüstü görüş keçirib (Raynhard Qrindel də Almaniya millisi ilə Maynzdadır və mətbuat konfransı həmin şəhərdə təşkil olunub– red.):

“Görüşdə ona öz mövqeyimizi bildirdim. Mövqeyimiz isə ondan ibarətdir ki, məişət zəminində baş vermiş hadisənin bir futbol oyunundan öncə müzakirəyə çıxarılması, bunun bir mövzu edilməsi, eyni zamanda siyasiləşdirilməsi anlaşılmaz və qəbuledilməzdir. Eyni zamanda həmin hadisə xeyli müddətdir baş verib, bununla bağlı cinayət işi qaldırılıb, məhkəmə qərarı olub, bundan sonra apellyasiya şikayəti verilib. Nəticədə yeni məhkəmə qərarı ilə futbolçu Cavid Hüseynov azadlığa buraxılıb. Tam hüquqi konteksdə olan məsələnin siyasiləşdirilməsinin hansı məqsəd güddüyü bizə aydın deyil. Bununla bağlı ondan açıqlama istədim. O da dedi ki, sadəcə, jurnalistlərin suallarına cavab olaraq məsələyə münasibət bildirib, Azərbaycan məhkəmələrinin işinə qarışmaq, yaxud da hökümətə hansısa çağırış və tələb etmək fikri olmayıb. Qrindel bildirdi ki, məsələ ilə bağlı ona və baş məşqçiyə çoxsaylı suallar daxil olub və bununla bağlı açıqlamasında o, sadəcə qeyd edib ki, hadisəni onlar dəyərləndirə bilməzlər və məsələyə Azərbaycan hökuməti aydınlıq gətirə bilər”.

Səfirin sözlərinə görə, mətbuat konfransının videoyazısından isə aydın görünür ki, məsələ əvvəlcədən hazırlanıb və Raynhard Qrindelin dediklərinə də bu konteksdə mövqeyimiz çatdırılıb”.