- Köhnə - İdman
- 28 Sentyabr 2018 23:24
- 6 634
Şahmatçılarımızın növbəti rəqibi məlum oldu
Gürcüstanın Batumi şəhərində davam edən 43-cü Ümumdünya Şahmat Olimpiadasında VI turun təqvimi açıqlanıb.
Azərbaycanın kişilərdən ibarət komandasına Çexiya rəqib olub.
Qadınlar isə Latviya ilə üz-üzə gələcəklər. Qarşılaşmalar sentyabrın 30-da keçiriləcək.
Beş turdan sonra kişilərdən ibarət yığma Çexiya, Polşa və Ukrayna ilə birgə 10 xalla 1 - 4-cü yerləri bölüşür, qadın millisi 8 xalla 8-cidir.
Bu gün Azərbaycan komandaları müvafiq olaraq, Ermənistana (2,5:1,5) və Yunanıstana (3:1) qalib gəlib.(report.az)
AzNews.az