- Köhnə - İdman
- 3 Oktyabr 2018 21:37
- 9 299
Mahir Məmmədov FIDE-nin vitse-prezidenti təyin olundu

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti təyin olunub.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə FIDE-nin yeni seçilmiş prezidenti Arkadi Dvorkoviç bəyan edib.
Bundan əvvəl A.Dvorkoviç seçkilərdə qalib gələcəyi təqdirdə FIDE rəhbərliyinə daxil olunacaq komandasını təqdim edərək bildirmişdi ki, fransız Başar Kuatli birinci vitse-prezident, azərbaycanlı Mahir Məmmədov və perulu Xulio Ernesto Qranda Suniqa vitse-prezident vəzifələrində çalışacaqlar.
AzNews.az