- Köhnə - İdman
- 31 Yanvar 2014 18:09
- 9 268
Soçidə Azərbaycanın bayraqdarı Fuad Quliyev olacaq
![](https://www.aznews.az/storage/photos/imagesewfgrtgrh.jpg)
Milli Olimpiya Komitəsindən apasport.az saytına verilən xəbərə görə, Azərbaycanın bayraqdarı Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev olacaq.
Olimpiada Azərbaycanın rəsmi nümayəndə heyətinə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Qış İdman Növləri Federasiyanın prezidenti İskəndər Xəlilov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digərləri daxildir. Nümayəndə heyətinin rəhbəri isə MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayevadır.
Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaq.
AzNews.az