- Köhnə - İdman
- 19 Sentyabr 2012 16:20
- 6 130
"Topaz Premyer Liqası" rəsmən təsdiqləndi

AzNews.az xəbər verir ki, vərasimdə PFL-in prezidenti Ramin Musayev və "Azərinteltek" şirkətinin Direktorlar Şurasının sədri Ahmet Geylani Sezer 3 illik strateji əməkdaşlıq müqaviləsi imzaladılar.
Tədbirdə həmçinin AFFA-nın baş katibi Elxan Məmmədov və "AzərİdmanServis" şirkətinin rəhbəri Azər Məhərrəmov də iştirak edib. İmzalanan müqaviləyə əsasən, 19 sentyabr tarixindən etibarən "Topaz" Azərbaycan Premyer Liqasını dəstəkləyəcək və bu liqanın adı "Topaz Premyer Liqası" olacaq.
Emin Abbasov
AzNews.az