- Köhnə - İdman
- 5 Aprel 2015 14:21
- 2 443
“Qarabağ“ futbolçuları “Bakı“nı sınağa çəkəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 28-ci turun oyunlarına start veriləcək.
AzNews.az xəbər verir ki, eyni gündə keçirilən oyunlar elə eyni saatda da başlayacaq.
Çempionluq yolunda inamla irəlliləyən "Qarabağ" səfərdə "Bakı" ilə qarşılaşacaq. Son çempionların autsayderə bu dəfə də şans verməyəcəyi gözlənilir. Ağdamlılar qələbə qazanmaqla öz mövqelərini daha da möhkəmləndirə bilərlər.
"İnter"in "Xəzər Lənkəran"la oyunda büdrəməyinə ümid edən "Neftçi" Zaqatalaya səfər edəcək. Arif Əsədovun yetirmələrini son zamanlar iddialı çıxışı ilə seçilən "Simurq"la çətin qarşılaşma gözləyir.
Avrokuboklar üçün mübarizəni davam etdirmək əzmində olan "Qəbələ" səfərdə ona ən yaxın rəqib AZAL-la münasibətləri ayırd edəcək. Hər iki tərəf üçün böyük önəm təşkil edən qarşılaşmada hansı nəticənin qeydə alınacağı maraqla gözlənilir.
17:00 "Bakı" – "Qarabağ"
Hakimlər: Fariz Yusifov, Vüsal Qənbərov, İsgəndər Əliyev, Etibar Həsənov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu
17:00 AZAL – "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
AZAL Arena
17:00"Simurq" – "Neftçi"
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elşən Acalov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Zaqatala şəhər stadionu